“Sky Sport” I Avropa Oyunlarını canlı yayımlayacaqbackend

“Sky Sport” I Avropa Oyunlarını canlı yayımlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə telekanalın saytında məlumat verilib.

Xəbərdə bildirilir ki, Azərbaycanın qədim Bakı şəhəri yarışlar üçün 6000-dən çox idmançını qəbul edəcək: “İlk Avropa Oyunları zamanı 20 idman növü üzrə yarışlar keçiriləcək və onlardan 16-sı Olimpiya növü üzrə olacaq”.

Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Sky Sport”la son razılaşmanın bütün dünyada idman həvəskarlarının yarışları izləməsinə imkan yaradacağını bildirib: “Mən belə bir nüfuzlu şəbəkənin bizim yayım tərəfdaşlarımız arasında olmasından çox məmnunam”.

Qeyd edək ki, “Sky Sport” Avropa Oyunlarını iki kanal vasitəsilə canlı yayımlayacaq.

İnterpress.az