20 mindən çox insan Britaniyaya qanunsuz daxil olubbackend

20 mindən çox insan Britaniyaya qanunsuz daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin əvvəlindən 20 mindən çox qeyri-qanuni miqrant La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil ola bilib.

Məlumata görə, 2022-ci ilin əvvəlindən Böyük Britaniyaya La-Manş boğazı ilə daxil olan qeyri-qanuni miqrantların ümumi sayı 20 017 nəfər olduğu halda, ötən ilin eyni dövründə bu rəqəm 11,3 min nəfər təşkil edib.

Sonuncu cəhdlərdən biri şənbə günü edilib. La-Manş boğazını kiçik qayıqlarla 600-dən çox insan keçib.

Proqnozlara görə, ilin sonunadək Böyük Britaniyaya daxil olacaq qeyri-qanuni mühacirlərin ümumi sayı 60 minə çata bilər. Halbuki, ötən il bu rəqəm 28,5 minə yaxın olub.

Mənbə: TASS