Polis 16 yaşlı oğlanın öldürülməsinə görə üç nəfəri axtarırbackend

Polis 16 yaşlı oğlanın öldürülməsinə görə üç nəfəri axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirən Xıl kənd sakinləri – əvvəllər məhkum olunan Rövşən Zamanov tutulub, digər şəxslər Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər.

Hazırda onların tutulmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, 16 yaşlı H. Məmmədov ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

İnterpress.az