Yunanıstana alçaldıcı təklif – YENİLƏNİBbackend

Yunanıstana alçaldıcı təklif – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstana 3 il ərzində 86 milyard avro ayrılacaq.

Bu barədə Almaniya kansleri Angela Merkel bildirib.

***

Avrozonaya daxil olan dövlətlər Yunanıstanı avrozonada saxlamaq qərarına gəliblər.

Toplantıda Yunanıstana üçüncü yardım paketinin təqdim olunmasına dair razılığa gəlinib. Bunun əvəzində Aleksis Tsipras hökuməti iyulun 14-nə qədər parlamentdə Avropa İttifaqı ilə razılaşdırılmış 6 qanun layihəsini qəbul etməlidir. Söhbət özəlləşdirmə, təqaüd və vergi islahatları, o cümlədən ƏDV sisteminə yenidən baxılmasından gedir.

Üç illik kreditləşmə proqramı iyulun 15-də Avroqrupun növbəti görüşündə təsdiqlənməlidir. İlkin məlumata görə, Afinaya veriləcək kreditin ümumi həcmi 90 milyard dollar olacaq.

***

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, liderlərin avrozona maliyyə nazirlərinin təkliflərinin təqdim edildiyi toplantıda əsas müzakirə mövzusu Yunanıstanın razılaşmanı təmin edə bilməyəcəyi təqdirdə müvəqqəti olaraq avrozonadan çıxması olub. Hazırlanan təklif, “Xilasetmə paketi” üzərində razılıq əldə edilməsə, Yunanıstanın müvəqqəti olaraq Avrozonadan çıxarmasını nəzərdə tutur.

Maliyyə nazirlərinin liderlərə təqdim etdiyi dörd səhifəlik ilkin sənəddə \”Yunanıstanın avro bölgəsində fasilə verməsi üçün yarana biləcək borcun müəyyənləşdirilməsi də daxil olmaqla, sürətli müzakirələr aparılmalıdır\” deyilir. İlkin sənəddə bir başqa təklifin də \”Yunanıstanın aktivlərinin zamanla özəlləşdirilməsi və borcun bağlanılması üçün müstəqil bir fond yaradılması\” olduğu bildirilir.

Sənəddə Yunanıstanın çərşənbə gününə qədər, ƏDV və pensiyalar da daxil olmaqla bir sıra islahatların həyata keçirilməsi haqqında yeni bir qanunun qüvvəyə minməsi şərtləri öz əksini tapır. Hazırlanan ilkin paketdə Yunanıstanın ehtiyacı olan yeni “Xilasetmə paketi” ölkənin 2018-ci ilə qədər borclarını bağlaya bilmək üçün tələb etdiyi 53,5 milyard avronu keçərək 86 milyard avroya qədər yüksələ biləcəyi qeyd edilir.

\”Təkliflər alçaldıcıdır\”

Yerli mediaya açıqlama verən yunan hökumət nümayəndələrindən biri \”Mətn tamamilə pisdir. Həll yolunu tapmağa çalışırıq\” deyib. Adı açıqlanmayan bir digər hökumət nümayəndəsi də təkliflərin \”Yunanıstan baş naziri Aleksis Çipras və Syriza hökumətini qəsdən alçaltmaq üçün hazırlandığı\” qənaətindədir.

İnterpress.az