Qadın hakim azərbaycanlı “oğru”ya qarşı mərhəmətli davranıbbackend

Qadın hakim azərbaycanlı “oğru”ya qarşı mərhəmətli davranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kriminal aləmdə Taleh Noqinski kimi tanınan Dağlıyev qanunsuz silah saxlamaqda ittiham edilərək bir il azadlıqdan məhrum olunub. Hakim Svetlana Polejayeva ilk məhkəmə iclasında hökmü elan edib.

Xatırladaq ki, Şarap və Pionerlə birlikdə ötən ilin sentyabrında “taclandırılan” azərbaycanlı “oğru” Blondin, Zabava, Puxliy, Jora, Şirkaç kimi “oğruların” dəstəyini qazanıb. Taleh Dağlıyev qruplaşmalar arasında növbəti insident zamanı Amerika istehsalı olan tapança ilə saxlanılıb.

Qanunsuz silahla saxlanılan “oğru”ya çıxarılan hökm isə hamını təəccübləndirib. Məhkəmə heyəti 1 il azadlqıdan məhrum edilən Taleh Dağlıyevə qarşı olduqca mərhəmətli davranıb.

İnterpress.az