Məhkəmə binası qarşısında olan müxbirimizin verdiyi məlumata görə, penitensiar xidmətin maşını məhkəmə qarşısında görünmür. Prosesin 15 iyul saat 10:00-da davam edəcəyi bildirilib.
Qeyd edək ki, Leyla Yunus və Arif Yunus «xalq diplomatiyası» adı altında Ermənistanın qeyri-hökumət təşkilatları ilə birgə Azərbaycanın zərərinə olan işbirliyində, jurnalist Rauf Mirqədirovun Ermənistana səfərlərini təşkil etməkdə, dövlətə xəyanətdə və daha bir neçə məsələdə ittiham olunur. ( musavat.com )
İnterpress.az