İnterpress.az xəbər verir ki, “TRT Türk” kanalında 10 iyul 2015-ci il cümə günü yayımlanan “Öz Gökkubbemiz” adlı sənədli filmdə Osman Yüksel Serdengeçtinin “Samsun nitqi”nə yer verilib.
Serdengeçtinin çıxışında “Edənlər onlar idi, yaradanlar onlar idi, partiyalarından bəhs edərkən “şərəfli partiyamız” deyirdilər. On ildə on beş milyon gənc yaratmışlar. Tam 27 il tanrılar kimi danışıblar. Fironlar kimi səltənət qurublar. Yedilər, içdilər, qusdular. İstər nitqlərdə, istər afişalarda “Kəndli millətin əfəndisidir\” deyirdilər. Xalqı və kəndlini “əfəndimiz sənsən, əfəndimiz sənsən” deyə soydular\” ifadələri yer alıb.
Osman Yüksel Serdengeçtinin “Samsun nitqi”nin bir hissəsi:
“Təpədən enmə, çöldən gəlmə edilən bir çox inqilablar milləti alt-üst etmişdi. Paris küçələrində yetişənlər! “Bəşər Hüququ” bəyannaməsini əzbərdən bilənlər! Dünyəvilik və yenidənqurma pərdəsi altında yoxsul Anadolu xalqının imanını, vicdanını, haqq və hüququnu vəhşicəsinə tapdaladınız.
Qitələrə hökm edən, 3 qitədə əsrlərlə dimdik duran əcdadımızı orda-burda, ictimai iaşə obyektlərində növbələrə soxub, təhqir edib, əzdilər.
Onlar özlərini yerin tanrısı sayırdılar. Edənlər onlar idi, yaradanlar onlar idi, partiyalarından bəhs edərkən şərəfli partiyamız deyirdilər. On ildə on beş milyon gənc yaratmışlar. Tam 27 il tanrılar kimi danışdılar. Fironlar kimi səltənət sürdülər. Yedilər, içdilər, qusdular. Altda qalanın canı çıxsın. Altda qalan xalq idi, millət idi, kəndli idi. Amma nitqlərdə və afişalarda “Kəndli millətin əfəndisidir \” deyə yazılırdı. Xalqı və kəndlini “əfəndimiz sənsən, əfəndimiz sənsən” deyə-deyə soydular\”.
İnterpress.az