Rayonun Aran kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Musa Əli oğlu aralarında baş verən mübahisə zəmnində həmkəndlisi, 1979-cu il təvəllüdlü Həsənov İlham Cahid oğlunu bıçaqlayıb. Boğazından və bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq yarası alan İ. Həsənov hadisə yerindəcə dünyasını dəyişib.
Ə. Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.
İnterpress.az