Bu haqda məlumatı “İHA” agentliyi yayıb.
Verilən məlumata görə, Çukurca rayonunun Kayalık kəndindən köç edərək Keklikpınar məhəlləsinə yerləşən Dayan ailəsinin ən böyük uşaqları olan 16 yaşlı Sabah Dayan birdən-birə qeyb olub.
2 ay aparılan bütün axtarışlardan sonra məlum olub ki, o, PKK-ya qoşulub.
1,5 il ərzində dağda qalan Sabah 2011-ci ildə Hakkarinin Şemdinli rayonunun Aktütün kəndi ərazisində təhlükəsizlik qüvvələri ilə çıxan qarşıdurmada yaralı olaraq təslim olub.
6 ay müalicə edildikdən sonra məhkəməyə çıxarılan Sabah Dayana yaşı kiçik olduğu üçün cəza verilməyib.
Van F Tipli Həbsxanada 18 yaşına girən Sabah Hakkari Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb və PKK üzvü olmaq, Türkiyə hərbçilərilə qarşıdurmaya girmək maddələrilə 133 il həbs cəzası alıb.
İnterpress.az