Müsavatı silsilə məhkəmələr gözləyirbackend

Müsavatı silsilə məhkəmələr gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a daxil olan məlumata görə, partiyaya bərpa olunmaqla bağlı keçmiş müsavatçıların tanınmış vəkillərdən biri ilə məsləhətləşmələri başlayıb.

Belə ki, məhkəməyə müraciət etmək üçün tələb edilən sənədlərdən biri- partiyadan çıxarılmaları ilə bağlı arayışı almaq mümkün olmadığından keçmiş müsavatçılar bu sənədi vəkil vasitəsilə əldə etməyi düşünürlər.

Artıq Əli Qasımbəyli və Əlövsət Əhədoğlunun məsələ ilə bağlı məhkəməyə üz tutduğu bildirilir. Partiyadan çıxarılan digər müsavatçıların da məhkəməyə yaxın zamanda müraciət edəcəyi gözlənilir.

Partiyanın Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli məsələ ilə bağlı İnterpress.az-a açıqlamasında “Hal-hazırda Əlövsət Əhədoğlu və Əli Qasımbəyli məhkəməyə müraciət etməyə çalışırlar, amma möhürlü arayış ala bilmirlər. Əgər onların işini məhkəmə icraata götürsə, yəqin ki, proses davamlı şəkil ala bilər” deyə vurğulayıb.

Rövşən Dəmirlinin sözlərinə görə, özünün də məhkəməyə müraciəti istisna edilmir.

Partiya rəhbərliyini məhkəməyə verməyi düşünənlərədn biri də jurnalist Elbəyi Həsənlidir. Müsavat rəhbərliyini xaricə mühacirət etmək istəyənlərə saxta arayış verməkdə ittiham edən Elbəyi Həsənli məsələnin məhkəmə müstəvisində həlli üçün qarşı tərəfin addım atmasını gözləyir: “Məncə partiya rəhbərliyinin məni məhkəməyə verəcəyinə dair çıxışları bəyanatdan o yana getməyəcək. Məhkəməyə müraciət özünüintihar olardı. Bir az gözləyim, əgər onlar məni məhkəməyə verməsə, bəlkə özüm belə bir addım atdım. Baxarıq…”

Elnarə
İnterpress.az