İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, xidmətin yaradıcıları müsəlman ölkələrində bazar axtarmaq niyyətindədir.
Şəriət qaydalarına uyğun fəaliyyət göstərəcək xidmətin rəhbəri Arsen Kazıbekovun sözlərinə görə, namizədin adı və fotosu bağlı olacaq: “İstifadəçi ancaq xüsusi anket doldurduqdan sonra ikinci mərhələyə keçəcək. Artıq cütlük şəxsi münasibətlər mərhələsinə keçdikdən sonra xidmət qadının atası, yaxud qardaşının çata əlavə edilməsinə şərait yaradacaq. Beləliklə “Mydiaspora” şəriət qaydalarına tam uyğun fəaliyyət göstərəcək”.
Xidmətin əsasən İran, Mərakeş, Əlcəzair, Tunis kimi ölkələrdə istifadəyə verilməsi planlaşdırılır.
İnterpress.az