Azərbaycan və Qazaxıstan arasında protokol imzalandıbackend

Azərbaycan və Qazaxıstan arasında protokol imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanında isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf Kitabı” imzalanıb.

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla general-polkovnik S.Jasuzakov arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktı, qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu qonaqların diqqətinə çatdırılıb.

Sonra tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, Silahlı Qüvvələrin nümayəndələrinin qarşılıqlı təcrübə mübadiləsi, Xəzər dənizi hövzəsində, o cümlədən ölkələrimizin yerləşdikləri regionlarda təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər.

Sonda Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin Baş qərargahları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

Ölkəmizə səfəri çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzi, Hərbi Dəniz Qüvvələrinin bazası və Azərbaycan sülhməramlıları ilə tanışlığı planlaşdırılıb.

İnterpress.az