Nazirlik prezidentin tapşırıqlarının icrasına başlayırbackend

Nazirlik prezidentin tapşırıqlarının icrasına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

Şöbə müdirinin sözlərinə görə, mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi və düzgün qurulması üçün Mədəniyyət və Turizm Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlanır: “Həmçinin sahibkarlar, turizm təşkilatları və mehmanxana menecerləri ilə birgə aparılan işlər davam etdirilir”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycana gələn turistlərin sayının artdığını nəzərə alaraq turistlərə elektron vizanın qısa müddət ərzində verilməsi ilə bağlı aidiyyəti nazirlik tərəfindən qısamüddətli birgə fəaliyyət hazırlanacaq: \”Ölkə başçısının tapşırıqları bir daha göstərdi ki, Azərbaycan prezidenti vətəndaşların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərlə yanaşı, Azərbaycan vətəndaşının istirahətini də düşünür. Bizim də üzərimizə düşən vəzifə ondan ibarətdir ki, bu tapşırıqdan irəli gələn məsələləri həll edib Azərbaycan turizminin inkişafına dəstək olaq”.

İnterpress.az