Abid Şərifov prezidentə sakinlərin şikayətini çatdıracaq – FOTObackend

Abid Şərifov prezidentə sakinlərin şikayətini çatdıracaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a zərərçəkənlərdən biri- Zəmanət Daşdəmirli məlumat verib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri zərərçəkənlərlə görüşüb: “Maşın sahiblərindən avtomobilin dəyəri ilə bağlı məlumat istədilər. Bakı Şəhər İcra Hakimiyyətinin hüquqşünası istintaqın yekunlaşmasını gözləməli olduğumuzu bildirdi. Binəqədi Rayon İcra Hakimiyyəti zərərin qarşılanmasını istəyir, ancaq bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinin də razılığı olmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti ziyanın dövlət tərəfindən yox, istintaqın nəticəsinə əsasən təqsirkar tərəfindən ödəniləcəyini bildirir. Son olaraq görüşdə belə razılıq əldə edildi ki, Abid Şərifovla məsləhətləşmələr aparılsın. Müstəqil ekspert təyin edilsin və o, dəymiş ziyanı hesablasın. Abid Şərifov da bununla bağlı yenidən ölkə prezidentinə müraciət etsin”.

Abid Şərifov prezidentə sakinlərin şikayətini çatdıracaq - FOTO

Abid Şərifov prezidentə sakinlərin şikayətini çatdıracaq - FOTO

Abid Şərifov prezidentə sakinlərin şikayətini çatdıracaq - FOTO

Abid Şərifov prezidentə sakinlərin şikayətini çatdıracaq - FOTO

Elnarə
İnterpress.az