“Qarabağ” qalib gələ bilmədibackend

“Qarabağ” qalib gələ bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda mübarizəyə başlayıb.

Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinə Monteneqronun “Rudar” klubu ilə görüşlə qatılıb. Ardıcıl 2-ci dəfə Çempionlar Liqasında çıxış edən “Qarabağ” mövsümə ev oyunu ilə start verib.

Ötən mövsüm Avropa Liqasının qrupunda çıxış edən çempionumuz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə doğru ilk addımını Bakıda atıb.

Ancaq gözlənilənlərin əksinə olaraq ağdamlılar öz meydanında sərfəli nəticə qazana bilməyiblər. Təmsilçimizin bütün cəhdlərinə baxmayaraq hesabı açmaq mümkün olmayıb.

Matç qolsuz bərabərliklə başa çatıb.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun

“Qarabağ” (Ağdam, Azərbaycan) – “Rudar” (Plyevija, Monteneqro) – 0:0

Baş hakim: Sebastyan Koltesku, Radu Ginquleak, Mirça Qriqoriu, Katalin Qaman (hamısı Rumıniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İnterpress.az