Türklər İranı fəth edəcəkbackend

Türklər İranı fəth edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İrana tətbiq olunan embarqoların qaldırılmasından sonra bir çox sektor gözünü bu ölkəyə dikib. Razılaşma türk pərakəndəcilərini hərəkətə gətirib. Özlərini yeni dövrə hazırlamaq üçün 1-4 sentyabrda 30-a yaxın marka ilə İrana gedəcəklərini açıqlayan Birləşmiş Markalar Dərnəyi (BMD) sədri Sami Kariyo 20 türk markasının 3 ildə İranda 500 mağaza açacağını dilə gətirib.

Kariyo \”27 markamızdan 35 -ə yaxın təmsilçi ilə İrana gedəcək və bu ölkədəki fürsətləri araşdıracağıq. Burada türk markaları üçün böyük bazar var. Təxminimizə görə, 20 türk markası 3 ildə 500 mağaza açacaq\” deyə bildirib.

Türk Plastik Sənayeçiləri Araşdırma, İnkişaf etdirmə və Təhsil Vəqfinin (PAGEV) sədri Yavuz Eroğlu isə razılaşmanın türk plastik sənayesi üçün böyük bir əhəmiyyət daşıdığını söyləyib. Eroğlu sektorun ən böyük probleminin etibarlı xammal təminində yaşandığını ifadə edərək \”Türkiyənin ümumi neft-kimya məmulatlarının istehsal tutumu daxili tələbin yalnız 15% -i qarşıladığı halda, İranın öz daxili bazarında tələb yalnız 9 milyon tondur. Bu səbəblə neft-kimya istehsalının minimum 46 milyon tonluq hissəsini ixrac etmək məcburiyyətindədir. Buna görə qonşumuz İran ilə Türkiyənin ehtiyacları bir-birini tam dəstəkləyir və tamamlayır\” deyib.

Dəmir işi yüksəlir

1980-ci illərdə İran ilə əhəmiyyətli ticarət bağı olan Türkiyənin polad sektoru isə embarqonun qaldırılmasıyla birlikdə əlaqələrin yüksələcəyini düşünür.
Dəmir İxracatçıları Birliyinin Rəhbəri Namık Ekinci “Embarqo ilə 2013-cu ildə 195 min ton, 2014-cü ildə isə 166 min tona qədər azalan ixracatımız, 2015-ci ilin ilk altı aylıq dövründə də keçən ilin eyni dövrünə nisbətən təxminən 40 % geriləyib və 51 min ton ətrafında qalıb” deyib.

İrana kimlər gedəcək?

Avvam, Aydınlı Qrup, Boyner, Chakra, Çilek, Deichmann, Derimod, Desa, E-Bebek, Gizia, IGS, İmza, İnci, İpekyol, Mavi, Mudo, Penti, Perspective, So Chic, Tekzen, Tudors, Twigy, Orka Group , Vakko, Ziylan İrana gedəcək markalar siyahısındadır.
Türk seriallarına və markalarına İranda böyük maraq var. Serial oyunçularına da reklam sahəsində əməkdaşlıq fürsətləri meydana gəlib.

Turizm və hava yollarına tələb artar

İrana embarqonun qaldırılmasının ilə ilk etapda turizm və hava yolları əməliyyatlarına müsbət yansıyacağını deyən Atlas Global Başçısı Murat Ersoy \”Bu çərçivədə iranlıların səyahətləri, tətilləri və Türkiyə üzərindən xaricə gedişləri sektoru çox müsbət təsir edəcək. Artan tələb ilə birlikdə qarşılıqlı olaraq nəqliyyat imkanlarının da artırılacağını hiss edirik” deyə bildirib. Bununla birlikdə embarqonun qaldırılmasının Türkiyə üçün bəzi mənfi tərəflərinin də ola biləcəyini bildirən Ersoy \”İndiyə qədər embarqo səbəbi ilə İrana, ya da İrandan edilən ticarətdə arada Türkiyə vardı. Ticarət həmişə Türkiyə üzərindən reallaşırdı. İndi isə Türkiyə aradan çıxacaq” deyə qeyd edib.

İnterpress.az