Bunu ans press- ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin, Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Vaqif Əsədov bildirib ki, ölkədə 4 gün qeyri-iş günü olması münasibətilə rayonlar istiqamətində hərəkət edən avtomobillərin sayının çox olmasını nəzərə alaraq Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Bununla əlaqədar yollarda xüsusi təhlukəsizik tədbirləri görulüb, polis əməkdaşlarının sayı artırılıb.
\”Sürücülər hava şəraiti ilə əlaqədar olaraq kondisionersiz maşınlarla yola çıxmasınlar, sükan arxasında mobil telefondan istifadə etməsinlər, sürət həddini aşmasınlar, ötmə əməliyyatını həyata keçirərkən diqqətli olsunlar, tibbi dərman vasitələrindən istifadə etdikdən sonra sükan arxasına əyləşməsinlər, ara məsafəsini düzgün seçsinlər, özləri öz həyatlarını təhlükəyə atıb sevdiklərini gözü yaşlı qoymasınlar. Qayda pozuntusuna yol verməyərək ailə büdcəsinə qənaət etsinlər\”.
Bölmə rəisi onu da əlavə etdi ki, bu ilin ilk 6 ayı ərzində qəzalarında ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqaisədə 105 nəfər az olub.
Qeyd edk ki, Nazirləri Kabinetinin qərarına əsasən bu il ölkəmizdə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq. Lakin əmək məcəlləsinə edilən dəyişikliyə əsasən iyulun 18-i şənbə gününə təsadüf etdiyindən ayın 20- si də qeyri iş günü olacaq.
İnterpress.az