İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iqtisadi böhranla mübarizə aparan Yunanıstana 4 il əvvəl açdığı təhkim iddiasını qazandı. Açıqlamanı edən enerji naziri Taner Yıldız \”Beləcə 4 il əvvəl BOTAŞ ilə Yunanıstanın DEPA şirkəti arasındakı 100 milyon dollarlıq anlaşılmazlıq həllini tapdı. Yunanıstanın çətin vəziyyətdə olduğunu bilirik. Onlara köməkçi olmaq istərdik, amma bizim üçün ölkəmizin maraqları daha vacibdir\” deyib.
Qərar Türkiyənin böhran vəziyyətində olan Yunanıstana kömək edə biləcəyi istiqamətindəki açıqlamalarından sonrakı vaxta təsadüf edib.
İqtisadiyyat naziri Nihat Zeybekci Yunanıstanın borclarını Türkiyənin ödəməsi istiqamətindəki təkliflərlə əlaqədar \”Təklif gəlsə, qiymətləndirərik\” deyib. Baş nazir Əhməd Davudoğlu da Yunanıstana dəstək mesajı verib.
HDP-li Ərtoğrul Kürkçü də Yunanıstanın 1,6 milyard avroluq borcunu Türkiyənin ödəməsini təklif edib.
İnterpress.az