İmtahan nəticələrinə əsasən 9 nəfər 700 bal toplayıb.
Bunlardan I qrupda 7 nəfər, IV qrupda 2 nəfər 700 bal toplayıb.
Qeyd edək ki, TQDK iyulun 14-də cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb.
İnterpress.az