İyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar.
Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb.
Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb.
İnterpress.az