Görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunur.
S. Lavrov azərbaycanlı həmkarını Moskvada görməkdən məmnunluğu ifadə edib. O, eyni zamanda ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından razı qaldığını da söyləyib. S. Lavrov görüşün ölkə prezidentlərinin xarici işlər nazirlərinin qarşısında qoyduğu tapşırıqları yerinə yetirmək üçün keçirildiyini vurğulayıb.
E. Məmmədyarov isə öz növbəsində onu Moskvaya səfərə dəvət etdiyinə görə rusiyalı həmkarına təşəkkürünü bildirib. Nazir qeyd edib ki, bugünkü görüş zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olacaq. ( apa )
İnterpress.az