VHP sədrinin Ramazan təbrikibackend

VHP sədrinin Ramazan təbriki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbrikdə deyilir:

“Əziz soydaşlarım, bacılar və qardaşlar! Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, hər birinizə uğurlar və xoşbəxtlik arzulayıram.

Oruc tutan bacı və qardaşlarımız yayın bu qızmar və uzun günlərində özlərinə bu keyfiyyəti aşılamaq əzmi ilə yaşadılar və onların ibadət və dualarının qəbul olunmasını Allahdan arzu edirəm! Ayların sultanı hesab edilən Ramazan ayında, hər cür çətinliklərə sinə gərən inanclı insanlar oruc tutur və niyyətlərinin gerçəkləşməsi üçün Allaha dua edirlər. Bu gün xalqımızın əsas niyyəti, məramı torpaqlarımızın azad olunması, dünyanın harasında olmasından asılı olmayaraq, bütün soydaşlarımızın azad, firavan və xoşbəxt həyat yaşamasıdır. Əminəm ki, bu dualar Allahın dərgahında qəbul olunacaq və xalqımız öz layiq olduğu haqqına qovuşacaq, Vətən torpaqlarımız işğaldan azad olunacaq, Arazın Güneyində yaşayan milyonlarla qardaş-bacımızın zülm və istibdadına son qoyulacaq.

Bir daha hamınızı təbrik edir və Sizə xoşbəxtlik, səadət arzulayıram”.

İnterpress.az