Nazirliyin yaydığı açıqlamada deyilir ki, məhsullarında icazə verilməyən qatqılar aşkarlanmış şirkətlərin siyahısında bir çox ölkələrə, o cümlədən də Azərbaycana məhsul ixrac edən tanınmış firmaların adı var.
İnterpress.az Virtualaz.org saytına istinadən xəbər verir ki, müayinələrin nəticələrinə görə, kolbasa və sosislərdə at və eşşək ətinə, ətçəkəndən keçirilmiş və dilimlənmiş ət qablaşdırmalarında isə donuz ətinə və piyinə rast gəlinib. Yağlı pendir və kərə yağlarında isə heyvan piyləri aşkarlanıb.
Məsələn, “Nazifoğlu” firmasının istehsal etdiyi, 100 faiz dana əti olduğu iddia edilən kolbasalara at və eşşək əti qarışdırılıb.
“Çiftarslanlı” markası adı istehsal olunan “Çiftarslanlı” ət və ət məhsullarına da at və eşşək əti vurulduğu aşkarlanıb.
“Elmalı çifliyi” markalı kərə yağlarının jelatin və heyvan yağları qarışdırıldığı bəlli olub.
“Akdeniz” və “Onurköy” əmtəə nişanlı qatıq və yoqurtlara bitki mənşəli yağlar və jelatin qatılıb.
“İlgaz yaylası” markalı tulum pendirinin tərkibinə nişasta vurulub.
“Bacanaklar Güldem Süt” firmasının pendirinin tərkibinə günəbaxan yağı vurulub.
“Balderesi” markası ilə istehsal edilən süzmə çiçək balının tərkibində şəkər və qatqılar aşkarlanıb.
“Milenyum pide” markalı məhsullara donuz əti qatılıb.
Xatırladaq ki, bu firmaların məhsulları Bakının marketlərində də satılır.
İnterpress.az