Bu barədə “RİA Novosti”yə sahibkarın vəkili Artur Ayrapetov bildirib. Onun sözlərinə görə, Sterliqov barəsində cinayət işi onun ölkədən çıxmasının qarşısını almaq məqsədilə başlanıb.
Məlumata görə, cinayət işi Moskva şəhər məhkəməsinə İsrail vətəndaşı tərəfindən böhtanla bağlı təqdim edilən ərizə ilə əlaqədar başlanıb.
Vəkil hesab edir ki, böhtan barədə ərizə Sterliqovun Rusiyanı tərk etməsinin qarşısını almaq üçün bir bəhanədir: “Bu cəfəngiyatdır. Məqsəd Sterliqovun Rusiyadan çıxmasının qarşısını almaqdır”, deyə vəkil bildirib.
Qeyd edək ki, tanınmış rusiyalı sahibkar, fermer German Sterliqov bütün əmlakını satışa qoyaraq ailəsi ilə birlikdə qondarma “Dağlıq Qarabağ Respublikasına” köçüb. Bir neçə gün əvvəl onun Rusiyaya qayıtdığı barədə məlumat yayılıb.
Bəzi məlumatlara görə, İsrail vətəndaşının məhkəməyə müraciət etməsinə səbəb Sterliqovun “DQR”-də keçirdiyi mətbuat konfransı zamanı onun barəsinə işlətdiyi ifadə olub. Belə ki, rusiyalı milyonçu İsrail vətəndaşı olan qadını “psixi xəstəlikdən əziyyət çəkən şəxs” adlandırıb. ( apa )
İnterpress.az