Şəmkirdə ağır yol qəzasıbackend

Şəmkirdə ağır yol qəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə “VAZ” markalı iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə ötən gün axşam saat 20 radələrində Kür qəsəbəsinə gedən yolda, rayonun Mahmudlu kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində onlardan birini idarə edən sürücü 50 yaşlı Əfqan Rüstəmov, sərnişinlər 45 yaşlı Yeganə Qurbanova və 22 yaşlı Rüfanə Qurbanlı müxtəlif bədən xəsarətləri alıb.

Hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər sürücünün vəziyyətini ağır, digər yaralıların sağlamlıq durumunu isə orta-ağır kimi qiymətləndirir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. ( kəpəz tv )

İnterpress.az