“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir-Xaldan yolunun 3-cü kilometrliyində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1989-cu il İsrafilov Xəyal Sahil oğlunun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İnterpress.az