İŞİD-dən Türkiyəyə təhdid mesajıbackend

İŞİD-dən Türkiyəyə təhdid mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son günlər müxtəlif şəhərlərində İŞİD-ə qarşı əməliyyatların təşkil edilməsi və internet saytlarının bağlanması səbəbiylə təhdiddən ibarət müraciət yayımlayıb. Suruçdaki qanlı terror hadisəsinin bu mesajdan qısa müddət sonra meydana gəlməsi hücumun İŞİD tərəfindən etdiyi iddiasını gücləndirib.

Saytda yer alan təhdiddə deyilir:

\”Tağut Türkiyə dövləti öz ölkəsində saytımıza girişi bağlamışdır. Son zamanlarda Türkiyə dövlətinin müsəlmanlara qarşı etdiyi təzyiqlər açıqca hiss olunur. İstər mühacir qardaşlarımızın tutulması, istərsə də Türkiyə vətəndaşı olan müsəlmanların həbs və son olaraq mətbuat azadlığımızı məhdudlaşdırmağa çalışan Türkiyə dövləti muvahhid müsəlmanlara düşmən mövqeyini izhar edib\”.

\”Bu təzyiqlər davam edərsə …\”

\”Bu ana qədər Türkiyəyə heç bir hücum etməyən və heç bir şəkildə zərər verməyən müsəlmanların azadlıqları məhdudlaşdırılmağa və bu mövzudakı qadağaları davam edərsə, müsəlmanların da buna qarşılıq verə biləcəyini unutmasınlar\” deyə vurğulanır.

Bütün mitinq və mətbuat açıqlamaları ləğv edildi!

Şanlıurfa valiliyi dünən meydana gələn partlayışdan sonra növbəti terror aktlarının qarşısını almaq məqsədilə şəhər mərkəzi və rayonlarında mitinq, aksiya və mətbuat açıqlamalarının ləğv edildiyini bildirib. Şanlıurfa valiliyinin yazılı açıqlamasında Konstitusiyada və qanunlarda nəzərdə tutulan məhdudlaşdırma və qadağan etmə şərtlərini nəzərə alaraq, meydana gələ biləcək hadisələrin qarşısını almaq məqsədilə toplantı və etiraz yürüyüşlərinin qadağan edildiyi bildirilir.

İŞİD-dən Türkiyəyə təhdid mesajı

İnterpress.az