Erməni döyüşçülər Qarabağa sülhməranlıların yerləşdirlməsinə qarşıbackend

Erməni döyüşçülər Qarabağa sülhməranlıların yerləşdirlməsinə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə erməni döyüşçülər bu gün keçirdikləri mətbuat konfransında bildiriblər. ATƏT Minsk qrupunun amerikalı həmsədri Çeyms Uorlikin bu barədə təklifinə münasibət bildirən erməni döyüşçülər bölgəyə sülhməramlıların yerləşdirilməsinə etiraz edib.

Ermənistanda fəaliyyət göstərən “Qarabağ müharibəsi Veteranları Birliyinin” sədri Yura Mikayelyan “Qoy onlar bizdən uzaq olsunlar. Onlar kimdir ki, milis kimi bizə nəzarət etsinlər” deyə bildirib.

Qarabağ müharibəsində kəşfiyyatçı olmuş Vova Vartanov isə erməni diplomatlarını qeyri-peşəkarlıqda ittiham edib: “Bizim ağ yaxalılar bir dəfə olsun o torpaqlara getsəydilər, bu barədə belə rahat danışmazdılar. Onlar indi Qarabağa ancaq ofisdən-ofisə gedirmiş kimi rəsmi səfər çərçivəsində gedirlər”.

İnterpress.az