İnterpol eks-prezidentin axtarışını dayandırdıbackend

İnterpol eks-prezidentin axtarışını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, keçmiş prezidentin hüquqlarını müdafiə edən “Joseph Hage Aaronson” vəkillik bürosu bu barədə məlumat yayıb. Məlumata görə, vəkilləri Yanukoviçin ölkəsində siyasi fəaliyyətlə bağlı axtarıldığına dair dəlillər təqdim edib. Beləliklə də İnterpol Yanukoviçin axtarışını dayandırıb.

“Yanukoviç artıq axtarışa verilənlər siyahısında deyil” deyə vəkillər bildirib. Yanukoviç barədə məlumat iyunun 16-da İnterpol-un axtarış bazasından çıxarılıb.

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov və maliyyə naziri olmuş Yuri Kolobovun adı hələ də axtarış bazasındadır.

Xatırladaq ki, Yanukoviçin adı İnterpol-un siyahısına bu ilin yanvarında daxil edilmişdi.

İnterpress.az