İngiltərədə müsəlmanların etirazına səbəb olan planbackend

İngiltərədə müsəlmanların etirazına səbəb olan plan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Suriya və İraqda 700-dən çox vətəndaşının terror təşkilatı İŞİD sıralarında döyüşdüyü İngiltərənin bu planına ciddi etirazlar səslənir.

İngilis hökuməti 5 illik planı çərçivəsində Birləşmiş Krallıqdakı ekstremizm fəaliyyətini və vətəndaşların radikal dini qruplarla döyüşmək üçün ölkədən getmələrini önləmək istəyir. Bu çərçivədə hökumət payızda bəzi qanuni tənzimləmələrin də yer alacağı \”ifratçılıqla mübarizə\” strategiyasını açıqlayacaq.

Bu strategiyadan əvvəl İngiltərə baş naziri Devid Kameron ölkədə yaşayan müsəlmanlara səslənərək \”Beyninizin yuyulmasına icazə verməyin\” mesajını verib.

Ancaq İngiltərədəki müsəlman qrupların və qeyri-hökumət təşkilatlarının çoxu Kameron verdiyi ismarışların ölkədəki müsəlmanları daha da hiddətləndirəcəyi fikrindədir.

\”Bu strategiya qarışıqlığa xidmət edəcək”

Müsəlmanların İngiltərə siyasətində daha çox yer almaları üçün lobbiçiliklə məşğul olan \”Müsəlman Public Affairs Committee\” adlı insan haqları qrupunun spikeri Raza Nadim açıqlama ilə çıxış edib: \”Hökumətin ifratçılıqla mübarizə strategiyasının yanlış olduğunu düşünürəm. Bu strategiya daha çox ayrı-seçkiliyə və problemə səbəb olacaq\”.

Nadim \”Müsəlmanlar inteqrasiya ola bilmədikləri üçün tənqid olunur, ancaq işin əsli budur ki, müsəlmanlar bu ölkədə yadlaşdırılır\” deyə vurğulayıb.

Britaniya Müsəlman Birliyinin (MAB) rəhbəri Ömər Əl- Həmdi də \”İngiltərədə müsəlmanlar daha çox inteqrasiya olmaq istədikləri zaman öz mənfəətləri üçün cəmiyyətə daxil olmaqda ittiham edilirlər\” deyə bildirib.

İnterpress.az