İnterpress.az xəbər verir ki, Aşqabadda təşkil edilən Beynəlxalq Sağlamlıq Konfransına qatılan ÜST baş katibi Türkmənistanın tütün məhsullarına qarşı mübarizədə iradə nümayiş etdirdiyini qeyd edib. Marqaret Chan \”Türkmənistan 2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Nəzarət Çərçivəsi Konvensiyasına qoşuldu və təsdiqlədi. Türkmənistanda ictimai yerlərdə siqaretə qadağanı gətirildi. ÜST tərəfindən aparılan araşdırma nəticəsində Türkmənistan əhalisinin 8 %-i siqaret çəkir. Bu rəqəm dünyada ən aşağı həddir. Buna görə Türkmənistan hökumətini təbrik edirəm\” deyib.
ÜST Tütünə Nəzarət Çərçivəsi Konvensiyası Katibliyinin rəhbəri Vera da Kosta Silva da çıxışında Türkmənistanın tütünlə mübarizədə dünyaya nümunə bir ölkə olduğunu və siqaret üçün bu faizin 5-ə qədər azaldılmasından məmnuniyyət duyacaqlarını qeyd edib. Dünya daxilində tütünlə mübarizə edildiyini söyləyən Vera də Kosta \”20-ci əsrdə siqaretin səbəb olduğu ölümün sayı 100 milyona çatıb. Belə davam edərsə, bu əsrdə siqaretdən öləcək insan sayı 1 milyarda çatacaq. Bundan başqa, siqaret çəkənlərin sayı inkişaf etmiş ölkələrdə azalmaqda, kasıb ölkələrdə isə artmaqdadır \” deyib.
İnterpress.az