Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, bu insanlar o qədər özlərini narahat göstərirlər ki, heç sözügedən dövlətlərdə belə bu narahatçılıq hiss edilmir: “Belə insanlardan biri də özünü Milli Şura adlandıran bir qrumun nümayəndəsi Gültəkin Hacıbəylidir. Bu insan görün nə qədər narahat olub ki, tez-tələsik öz “facebook” səhifəsində status dalınca status paylaşır. Diqqətləri özünə çəkərək “dostlarına” göstərmək istəyir ki, “baxın mən sizin yanınızdayam”! Ay Gültəkin Hacıbəyli, siz Milli Məcilisin üzvü olduğunuz dönəmlərdə hansı mövqelərdən çıxış etməyinizi xatırlatmaq istəmirəm çünki özünüz bunları daha yaxşı bilirsiniz. Əgər siz tarixlə belə maraqlanırsınızsa onda daha yaxşı baxın tarix kitablarına və onda görəcəksiniz ki, o dönəmlərdə Stalin deyil, məhz sizin dəstəklədiyiniz ölkə olan Almaniya faşizmi dünyaya yaymaq və ona tabe olmayan ölkələri yer üzündən silməyi qarşısına məqsəd qoymuşdu. O zaman Azərbaycanın daxil olduğu SSRİ –ni də yer üzündən silinməsini planlaşdıran dövlət məhz Almaniya idi. Bu da o deməkdir ki, “Edelveys” planına əsasən əgər Almaniya II Dünya Müharibəsində qalib olsaydı bu gün Azərbaycan deyilən bir ölkə ,respublika,xalq qalmayacaqdı. Əlbətdə ki, biz II Dünya müharibəsini müazikə etmirik. Ancaq tarixi hadisələr haqqında sitat gətiririksə, onda daha dəqiq olmalıyıq. Sizin və ətrafınızda olan şəxslərin hazırda Almaniyanı dəstəkləyərək onun lehinə bəyanatlar verməyiniz, öz ölkəsini kənar qüvvələrdən qorunması yolunda qətiyyətli addımlar atan ölkəmizin özünü güc hesab edən dövlətlərin müstəmləksinə çevrilməsinə imkan verməyən hakimiyyətə qarşı çıxmanız və müstəqilliyimizə qarşı sərgiləmiş olduğunuz siyasət müxalifət mövqeyi yox, xalqa və dövlətçiliyə qarşı xəyanətdir. Həqiqətənmi xalqımızı,dövlətçiliyimizi belə çox sevirsiniz?! Bəs niyə bu gün cənfəşanlıqla dəstəklədiyiniz Almaniya və Qərb dövlətlərindən tələb etmirsiniz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək etsinlər. Axı onlar sizin dostlarınızdır, sözlərinizi eşidərlər. Hazırki radikal müxalifətin işi nə yol ilə olursa olsun hakimiyyətə gəlmək və dövləti onlara dəstək nümayiş etdirən güclərin vassalığına verməkdir. Amma bunu heç bir zaman görməyəcksiniz! Ona görə ki, tarix boyu öz ölkəsini şəxsi mənafelərinə qurban verərək hakimiyyətə gəlmək istəyənlərin “arzularını” xalq ürəyində qoyub”.
İnterpress.az