Bakıda avtobus qəza törətdibackend

Bakıda avtobus qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Mehman Vaqif oğlu Əliyarovun idarə etdiyi “İsuzi” markalı, 216 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə, Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Cahangir Bayram oğlu Cahangirovun idarə etdiyi “Wokswagen” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində M. Əliyarovun sərnişinləri, Bakı şəhər sakinləri 1957-ci il təvəllüdlü Elmira Məcid qızı Məmmədova, 1964-cü il təvəllüdlü Gülkərəm Əliəşrəf qızı Murtuzayeva 3 saylı Şəhər Klinik Xəstəxanasına, C. Cahangirov və sərnişinləri – arvadı, 1987-ci il təvəllüdlü Ülviyyə Vaqif qızı və övladı 2015-ci il təvəllüdlü Zeynəb Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

İnterpress.az