Bu barədə APA-ya Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) məlumat verilib.
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Blekmen institutun rəsmi izahatla çıxış etməsi üçün məsələ qaldırıb. Təklif Leyborist Partiyasından olan parlament üzvləri Roger Qodsiff və Alan Meal tərəfindən dəstəklənərək imzalanmaq üçün millət vəkillərinə təqdim olunub.
Sənəddə deyilir: “Parlamentin İcmalar Palatası Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu tərəfindən özünü tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti elan etmiş şəxsin “Chatham House”da çıxış etməsi üçün dəvət edilməsindən narahatlığını bildirir və Kral Beynəlxalq Münasibətlər İnstitutunu rəsmi şəkildə üzr istəməyə çağırır”. (http://www.parliament.uk/edm/2015-16/328)
Qeyd edək ki, B. Blekmen Böyük Britaniya Mühafizəkarlar Partiyasının üzvüdür.
İnterpress.az