Beynəlxalq Bankın yeni sədri məlum oldubackend

Beynəlxalq Bankın yeni sədri məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müşahidə Şurasının iclasında İdarə heyətinə sədr seçilməsi və İdarə heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib.

Məlumata görə, İdarə Heyəti sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri \”Kapital Bank\” ASC-nin keçmiş, \”Azəri-Türk Bank\” ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrar Kredit” Səhmdar Kredit Təşkilatının idarə heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankın Baş direktoru Rəşad Temraz oğlu Orucov olub.

İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.

ABB-dən əldə etdiyimiz digər məlumatda isə bu gün səhər saatlarında bankın idarə heyətinin sədrinin müavini və baş maliyyə direktoru Hacıyev Rəşad Tofiq oğlu vəzifəsindən istefa verib. ( report.az )

İnterpress.az