Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar şəhərində 2 polisin ölümünü PKK terror qruplaşması üzərinə götürüb.
İnterpress.az xəbər verir ki, PKK-ya yaxın bir neçə internet saytlarında dərc olunan məlumatlarda qətlin törədilməsinin məqsədləri açıqlanıb. Hadisənin Suruçdakı partlayışla əlaqəli olduğu bildirilib.
İnterpress.az