İnterpress.az-ın xəbərinə görə, bu sözləri \”Azərbaycan Hava Yolları\” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.
Arif Məmmədov deyib ki, qiymətlərin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb ola bilər:
\”Ola bilsin ki, bəzi aviareyslərin biletləri 20%-dən aşağı salınsın. Bu, həmin reyslərin bağlanmasına səbəb olacaq. Əgər bir təyyarə 2 saatdan artıq uçursa və onun biletinin qiyməti 99 avrodan aşağıdırsa, bu, onun xərclərini ödəmir\”.
İnterpress.az