ABŞ kimi bombalayır? – Obamanın gülüş dolu cavabıbackend

ABŞ kimi bombalayır? – Obamanın gülüş dolu cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barak Obamanın qonaq olduğu ABŞ-ın məşhur \”Daily Show\” tok-şousunda maraqlı anlar yaşanıb. Aparıcı Con Styuartın ölkə başçısına verdiyi sual onu pis vəziyyətə salıb:
“Biz kimi bombalıyırıq?” sualına cavab tapa bilməyən Obama gülməklə kifayətlənib.

Jurnalist isə çəkinmədən siyasi məsələrə toxunmağa davam edib. Con Styuart Obamadan Vaşınqtonun hazırda Yaxın Şərqlə bağlı hansı mövqe tutduduğunu da soruşub.

Aparıcının “bildiyim qədərilə biz Yaxın Şərqdə İraq və İranla birgə İŞİD-ə qarşı döyüşürük. Yəməndə isə İraq və Səudiyyə Ərəbistanıyla birgə İrana qarşı mübarizə aparırıq” iddiasına Obama belə cavab verib: “Dedikləriniz tam dəqiq olmasa da, sözlərinizdə həqiqət var”.

Bu arada Ağ Ev ABŞ konqresinə amerikalı hərbçilərin və diplomatik nümayəndələrin təhlükəsizliyinin gücləndirilməsinə dair İraqda əməliyyatların genişləndirilməsinə dair planları haqda məlumat verib. Yeni planlar əsasən ABŞ səfirliyi və konsulluğu yerləşdiyi Bağdad və Ərbillə bağlıdır.

İnterpress.az