KXCP-nin qurultayının vaxtı və yeri məlum olubbackend

KXCP-nin qurultayının vaxtı və yeri məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KXCP sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, partiyanın qurultayı avqustun 1-də Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçiriləcək.

Bununla bağlı bu gün KXCP və Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı arasında müqavilənin imzalanması planlaşdırılır. Qurultayda 300-dən artıq qurultay nümayəndəsinin, 200 civarında qonağın iştirakı gözlənilir. Qonaq qismində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri dəvət olunub.

Türkiyənin Milliyətçi Hərəkat Partiyasından da qurultaya qonaq qismində gələnlər olacaq.

M. Mirəlioğlu Prezident Administrasiyası İctimai-siyasi şöbəsinə də qurultayda qonaq qismində iştirakla bağlı dəvət məktubu göndəriləcəyini açıqlayıb.

İnterpress.az