Türkiyədə erkən seçki ehtimalı güclənirbackend

Türkiyədə erkən seçki ehtimalı güclənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kılıcdaroğlu baş nazir Davudoğlunu daha etubarlı hesab etdiyini və onunla koalisiyanın mümkünlüyünü bildirib. CHP liderinin sözlərinə görə, buna baxmayaraq vaxtndan əvvəl seçki daha münasib görünür.

Kılıcdaroğlu prezident Ərdoğanın öz vəzifəsini ona vermək üçün Saraya dəvət etməsi ehtimalını “Ümid edirəm ki, məni Saraya çağırmaz” deyə dəyərləndirib.

Ölkədə “paralel quruluş”la aparılan mübarizə ilə bağlı fikirlərini açıqlayan Kılıcdaroğlu “Bu dövlətə paralel quruluşu qəbul etmərik. Dövlətin bir quruluşu var və bu Konstitusiya ilə müəyyən edilir” deyə vurğulayıb.

İnterpress.az