“AAAF Park”da tikinti dayandıbackend

“AAAF Park”da tikinti dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşlərin tamamilə dayandırılması son günlər aviabiletlərin bahalığına kəskin ictimai qınağa tuş gələn AZAL prezidenti Cahangir Əsgərovun hakimiyyətdəki dayaqlarını itirməsi, fəaliyyətinin təftişə başlanılması ilə əlaqədardır.

Xatırladaq ki, “AAAF İnşaat” AZAL prezidenti Cahangir Əsgərova və Beynəlxalq Bankın sabiq prezidenti, maliyyə xəyanətinə görə işdən çıxarılan Cahangir Hacıyevə bağlılığı var. MMC adındakı AAAF abreviaturasının Cahangir Əsgərovun prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) işarə olduğu deyilir. “AAAF Park” yaşayış kompleksinin rəhbəri Tofiq Heydərov vaxtilə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olub. Yəni birbaşa C.Əsgərovun müavini vəzifəsini daşıyıb.

Şirkətin Cahangir Hacıyevə bağlılığı isə ərazinin aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olmasından keçir. Vaxtilə “Bakı Quşçuluq” ASC-nin yerləşdiyi bu ərazi sonradan şübhəli yollarla özəlləşdirilib. C.Hacıyevə “AAAF inşaat” MMC-nin digər bağlılıqları da var. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verib.

İndi bu hər iki şəxsin “vurulması” “AAAF Park”ın müflisləşməsinə səbəb olub. Cahangir Hacıyevin işdən çıxarıldıqdan sonra Beynəlxalq Bankdan şirkətə verilən aşağı faizli kreditlər dayandırılması park ərazisində aparılan işləri onsuz da ləngitmişdi, eləcə də uzun müddətə evlərin kreditlə satılması dayandırılmışdı. Məlumata görə, şirkət müştərilər qarşısında götürdüyü öhdəliyi Cahangir Əsgərovun yardımları ilə həyata keçirirmiş. C.Əsgərovun özünün çıxılmaz vəziyyətə düşməsi isə “AAAF Park”ın son nəfəsliyini də bağlayıb. İndi şirkətdə ciddi narahatçılıqlar var. İşlərin dayandırılması ilə yanaşı, şirkətdə çalışanların ixtisarına başlanıldığı deyilir.

Qeyd edək ki, ölkədəki bank soyğunçuluğu ilə bağlı aparılan kütləvi həbslər vaxti “AAAF Park” yaşayış kompleksinin rəhbərinin saxlanılması xəbəri yayıldı. Onun Beynəlxalq Bankdan götürdüyü fantastik məbləğdə pulun banka qaytardıqdan sonra buraxıldığı deyilirdi. Həmin vaxt şirkətin onun əlindən alınaraq Beynəlxalq Bankın tərkibinə qatılacağı xəbəri də yayılmışdı. ( aznews.az )

İnterpress.az