İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Auston Hauqut ev şəraitində üzərinə tapança quraşdırılan pilotsuz qurğu hazırlayıb. \”Uçan silah\” adlandırdığı qurğunun görüntülərini \”Youtube\” portalına yükləyib. Kadrları izləyən mütəxəssislər dərhal araşdırmalar aparıb.
Hauqutun atası oğlunun mühəndislik fakültəsində oxuduğunu və dərs tapşırığı olaraq bu qurğunu hazırladığını bildirib. Vəkil Peter Saç isə bu qurğunun diqqətsiz şəkildə idarə olunmasına görə, tələbəyə cəza verilə biləcəyini qeyd edib.
İnterpress.az