Türkiyə-Suriya sərhəddində atışmalar başlayıb – 1 əsgər şəhid – VİDEObackend

Türkiyə-Suriya sərhəddində atışmalar başlayıb – 1 əsgər şəhid – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Anadolu Agentliyinə (AA) istinadən xəbər verir ki, Kilis şəhərində Suriya tərəfindən açılan atəşlərə Türk ordusu cavab verir. Kilis bələdiyyə sədri Süleyman Tapsızın verdiyi açıqlamaya görə, atışma nəticəsində 1 əsgər şəhid olub, ikisi isə yaralanıb. Hadisə bir qrup İŞİD döyüşçüsünün qanunsuz olaraq sərhəddi keçmək istəməsi zamanı baş verib. Bu zaman İŞİD döyüşçüləri ilə Türkiyə əsgərləri arasında atışma baş verib. Hadisə zamanı iriçaplı silahlardan da istifadə olunduğu qeyd edilir.

Atışma baş verən əraziyə əlaqə hərbi dəstələr də göndərilib.



İnterpress.az