Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “İnter” İslandiya “Hafnarfyordur”u ilə qarşılaşıb.
Tarixində ilk dəfə III mərhələyə keçmək istəyən “İnter” meydana səfərdə qazandığı 2:1 hesablı qələbənin rahatlığı ilə çıxmışdı. Oyun isə gözlənildiyi kimi sönük başladı.
İlk hissənin sonlarında “bankirlər” hesabı açaraq vəziyyəti bir az da öz xeyirlərinə dəyişdilər.
Ancaq ikinci hissədə rəqibin ard-arda vurduğu iki qol oyunu əlavə vaxta apardı.
Əlavə olunmuş ilk 15 dəqiqənin 1-ci dəqiqəsində isə Rauf Əliyev fərqlənərək oyunda hesabı 2:2, ümumi hesabda isə 4:3 etdi.
Matç bu hesabla başa çatdı. (apasport)
İnterpress.az