“Biz bundan sonra da…” – İran prezidentindən qonşulara mesajbackend

“Biz bundan sonra da…” – İran prezidentindən qonşulara mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri jurnalistlərə açıqlamasında İran Prezidenti Həsən Ruhani söyləyib.

İran liderinin sözlərinə görə, Tehranın regionda güclənməsi İrana qonşu olan dövlətlərə ziyan vurmayacaq:

“İran güclənəcəyi halda qonşu dövlətlərin daxili işlərinə qarışacaq” kimi fikirlər həqiqətə uyğun deyil. Biz əmin edirik ki, digər dövlətlərin daxili işlərinə qarışmaq qəbuledilməzdir və hər xalq öz taleyini özü müəyyən etməlidir. Buna heç bir xarici dövlət qarışa bilməz. Lakin biz bundan sonra da əzilmişləri müdafiyə edəcəyik və terror təhlükəsi ilə bütün dünyada mübarizə aparacağıq” – deyə, Həsən Ruhani qeyd edib.