Britaniyanın Pearson yayım evi “Financial Times Group”u Yaponiyanın “Nikkei” media holdinqinə satıb. Sövdələşmənin məbləği 1 milyard 312 milyon dollardır.
Qeyd edək ki, “Financial Times Group”a “Financial Times” (FT) qəzeti, ft.com saytı, “How to Spend It” jurnalı, investorlar üçün ixtisaslaşmış “FT Lab” nəşri və “Vedomosti” qəzetində hissə (33%) daxildir.
Sövdələşməyə FT Group-un “The Economist” jurnalındakı hissəsi (50%) və qəzetin Londondakı baş qərargahı daxil edilməyib. Sövdələşmə hələ tənzimləyici tərəfindən təsdiq olunmalıdır. Onun 2015-ci ilin 4-cü rübündə bağlanması gözlənilir.
“Biz artıq mobil texnologiya və sosial şəbəkələr sahəsində inkişaf edən media ilə bacarmırıq”, -deyə Pearsonun baş direktoru Con Fallon satışı şərh edərkən bildirib.
İnterpress.az