Bunu İnterpress.az-a partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirib. Razim Əmiraslanlının sözlərinə görə, bölgələrdə də seçkiyə nüfuzu olan müsavatçılarla gedəcəklər: “Tam ədalətli, demokratik seçki keçirilsə, dairələrdən yarıdan çoxunda Müsavatın namizədlərinin qalib gəlməsi realdır”.
Bunun üçün kifayət qədər bazaya malik olub-olmamaları barədə sualı Müsavat təmsilçisi “ Müsavatın bölgələrdə kifayət qədər nüfuzlu üzvləri var. Nüfuz təkcə Bakı ilə ölçülmür” deyə cavablandırıb.
Divan üzvü qeyd edib ki, seçkiyə hazırlıq hər gün başqan Arif Hacılının yanında keçirilən iclaslarda müzakirə edilir: “Artıq heç kəsə sirr deyil ki, bu il maraqlı il olacaq”.
Elnarə
İnterpress.az