İŞİD-ə qarşı böyük əməliyyat: “canlı bomba” öldürüldü, 251 nəfər saxlanıldı – VİDEObackend

İŞİD-ə qarşı böyük əməliyyat: “canlı bomba” öldürüldü, 251 nəfər saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az yerli mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən İstanbul, İzmir, Ankara və Bursa başda olmaqla 13 bölgədə keçirilən əməliyyata ümumilikdə 20 min polis cəlb edilib. Təkcə İstanbulda əməliyyatlarda 5 min polis iştirak edib.

İlk məlumatlara görə 251 nəfər saxlanılıb. İstanbulda saxlanan 98 nəfərdən 36-nın əcnəbi olduğu bildirilir. Axtarış zamanı 6 silah, çox sayda sənəd ələ keçirilib.

İstanbulda əməliyyat zamanı polislə silahlı insident yaranıb. Bir nəfər ölüb. Ölən şəxsin “canlı bomba” aksiyası hazırlayan Günay Özaslan olduğu deyilir.

Bursada 12, İzmirdə 6 nəfər saxlanılıb. Saxlanalardan 2 nəfəri 18 yaşdan kişik uşaqlardır.

İŞİD və PKK-ya yönəlik əməliyyatlarla bağlı Baş Nazirlikdən yazılı açıqlama yayılıb. Açıqlamada bildirilir ki, baş nazirin iştirakı ilə dünən keçirilən iclasda terror təşkilatlarına qarşı əməliyyatlar müzakirə edilib. İŞİD-in ölkə daxilində faəliyyəti və yaratdığı təhlükə nəzərə alınaraq əlavə tədbirlərlə bağlı qərar qəbul olunub.


İnterpress.az