Xaçmazda iki avtomobil toqquşub, ölən varbackend

Xaçmazda iki avtomobil toqquşub, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 24-də saat 09.00 radələrində Xaçmaz rayonunun Nabran kəndində Bakı şəhər sakinləri Elsevər Həsrətovun idarə etdiyi “Mercedes” və Hüsaməddin Allahverdiyevin idarə etdiyi “Lada Vesta” markalı avtomobillər toqquşub.

Nəticədə H. Allahverdiyevin sərnişini Laləzar Məmmədova hadisə yerində ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az