Şəhid olmuş əsgərimiz təltif edilibbackend

Şəhid olmuş əsgərimiz təltif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu nazirin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Qeyd edək ki, E. Fətəliyev bu gün doğma Gədəbəy rayonunun Novo-İvanovka kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutmaqla, aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər. Düşmənin qarşısı alınarkən E. Fətəliyev şəhid olub.

İnterpress.az